veten informasiya agentliyi

Elçin Kərimov Avropa çempionu olan şəhid övladı ilə görüşüb

Tarix:25-11-2024, 22:28
Baxış Sayı:144

Elçin Kərimov Avropa çempionu olan şəhid övladı ilə görüşüb
Elçin Kərimov Avropa çempionu olan şəhid övladı ilə görüşüb
Elçin Kərimov Avropa çempionu olan şəhid övladı ilə görüşüb
Elçin Kərimov Avropa çempionu olan şəhid övladı ilə görüşüb
Elçin Kərimov Avropa çempionu olan şəhid övladı ilə görüşüb
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov taekvondo üzrə Avropa çempionu adına layiq görülən Göygöl şəhər 6 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Dərya Hüseyinova ilə görüşüb.
Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev və Dərya Hüseyinovun anası da iştirak edib.
Elçin Kərimov Dəryanı təbrik edərək şagirdlərin hərtərəfli inkişafı, bilikli, bacarıqlı, Vətənə layiqli vətəndaşlar kimi yetişmələri, elmi nailiyyətlər qazanmaları, fiziki cəhətdən sağlam olmalarının hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində olduğunu bildirib. İdarə müdiri, həmçinin şagirdi doğum günü münasibətilə tədbrik edərək, ona uğurlar arzulayıb.
Sonda Avropa çempionu olmuş məktəbli idarə rəhbəri tərəfindən təşəkkürnamə və hədiyyə ilə təltif olunub.
Qeyd edək ki, Göygöl rayon 6 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Dərya Hüseynova 9-10 noyabr 2024-cü il tarixində Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında taekvondo üzrə bütün rəqiblərini məğlub edərək uşaqlar arasında 24 kq çəki dərəcəsində Avropa çempionu adını qazanıb. Dərya Hüseynova 44 günlük Vətən müharibəsi Şəhidi Elbrus Hüseyinovun övladıdır.

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır