veten informasiya agentliyi

Ərəb dilinə tərcümə edilmiş “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib

Tarix:25-11-2024, 09:11
Baxış Sayı:205

Ərəb dilinə tərcümə edilmiş “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib
Ərəb dilinə tərcümə edilmiş “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib
Ərəb dilinə tərcümə edilmiş “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib
Ərəb dilinə tərcümə edilmiş “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib
ICESCO tərəfindən “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ili çərçivəsində “Şuşa – zirvədən uca” kitabı ərəb dilinə tərcümə edilərək çap olunub. Kitabın ərəbcə nəşri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, “PAŞA Holding” MMC və “İRS-Heritage” jurnalının dəstəyi ilə ərsəyə gəlib.
Noyabrın 20-də COP29 çərçivəsində ICESCO-nun pavilyonunda kitabın təqdimat mərasimi keçirilib.
Tədbirin moderatoru, ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov nəşr haqqında məlumat verib, çıxışçıları təqdim edib.
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin tarixindən, mədəni zənginliklərindən söz açıb: “Bu il mayın 11-də Şuşa şəhərində “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində iştirak etdik. Şuşada olarkən yeni yollar, gözəl binalar, əla hotellər və təmir edilmiş muzeylər gördük. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş digər ərazilər kimi Şuşa şəhərində də böyük bərpa və yenidənqurma işləri həyata keçirilir. Həmçinin Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da Şuşanın və işğaldan azad edilmiş digər bölgələrin abadlaşdırılması və müasirləşdirilməsi işində yaxında iştirak edir”.
Kitab haqqında danışan baş direktor onun ərəb dilində işıq üzü görməsinin qədim Şuşa şəhərinin daha böyük coğrafiyada təbliğ olunmasına qiymətli töhfə olduğunu deyib.
#Azərbaycan #MədəniyyətNazirliyi #ICESCO #IDEA #COP29 #COP29Azerbaijan

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir