veten informasiya agentliyi

Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub

Tarix:24-11-2024, 21:48
Baxış Sayı:179

Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində xarici nümayəndə heyətləri və müxtəlif beynəlxalq qurumların nümayəndələri ilə ikitərəfli görüşlər təşkil olunur.
Noyabrın 18-də Mədəniyyət Nazirliyində Tiktok videoməzmun sosial media platformasının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Tiktokun dövlət siyasəti üzrə vitse-prezidenti Helena Lerç, Şərqi Avropada dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundov iştirak ediblər.
Nümayəndə heyətini salamlayan mədəniyyət naziri Adil Kərimli Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirə qatıldıqlarına görə qonaqlara təşəkkürünü bildirib.
Söhbət zamanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu ilin əvvəlində həyata keçirilən “#TikTokdanÖyrən” (#LearnOnTikTok) müsabiqəsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, iki ay müddətində istifadəçilər ümumilikdə 20 mindən çox maarifləndirici video yaradaraq nümayiş etdiriblər.
Bildirilib ki, nazirlik bu platforma vasitəsilə mədəniyyət sahəsinə dair yeni aktual məzmunların yaradılmasında və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Görüşdə mədəniyyətlə bağlı layihələrə dair fikir mübadiləsi aparılıb.
#Azərbaycan #MədəniyyətNazirliyi #COP29 #COP29Azerbaijan

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır