![]()
![]()
![]()
![]()
Anım günündə Şəhid ailələri Qazilər, veteranlar, rayon İcra Hakimiyyətinin və ictimayət nümayəndələrinin iştirakı ilə Şəhidimizin məzarı ziyarət olunub.
Ruhuna dualar oxunub, Məzarı üzərinə tər cicəklər düzülüb.
Vətən uğrunda Şəhid olan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Tədbirdə iştirak edən Lək kənd 1 saylı orta məktəbin müəllimləri Şəhid Xəyal Cəbrayılovun vətənpərvərliyindən söz açıblar. Məktəbin şagirdləri Şəhidimizin anım günündə məzarı başında şeir söyləyiblər.
Tədbir iştirakçıları çıxışlarında 44 günlük Zəfərin qəhramanlarından qürur və fəxarətlə danışıblar. Qey edək ki, Cəbrayılov Xəyal Rafiq oğlu 1 sentyabr 1998-ci ildə
Ucar Rayonun Lək kəndində anadan olub. 2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşımızda Füzuli, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
9 Noyabrda Daşaltı istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub. Nəşi 22 Noyabrda doğulduğu Ucar rayon Lək kəndində torpağa tapşırılıb.
Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah Vətən uğrunda canından keçən Şəhidlərimizin ruhunu şad etsin .