veten informasiya agentliyi

Şagirdlərin elektron yerdəyişməsinə start verilir

Tarix:3-11-2024, 17:14
Baxış Sayı:138

Şagirdlərin elektron yerdəyişməsinə start verilir
01 noyabr 2024-cü il saat 11:00-da 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 01 noyabr - 01 dekabr 2024-cü il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün sy.edu.az vasitəsilə müraciət edə bilərlər.
Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 25 noyabr saat 11:00-dan etibarən aktiv ediləcək.
Şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq.
Şəxsi kabinetə giriş yalnız Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək.
Vətəndaşların tətbiq edilən yeniliklə tanış olması məqsədilə 31 oktyabr saat 15:00-dan etibarən sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə “Digital Login” vasitəsilə daxil olmaq funksiyası aktiv ediləcək.
#MÜTDA #EduAz #ŞagirdYerdəyişməsi

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır