veten informasiya agentliyi

Agentliyin 1 illik fəaliyyətinə dair Hesabat brifinqi keçirilib

Tarix:3-11-2024, 17:06
Baxış Sayı:133

Agentliyin 1 illik fəaliyyətinə dair Hesabat brifinqi keçirilib
Agentliyin 1 illik fəaliyyətinə dair Hesabat brifinqi keçirilib
Agentliyin 1 illik fəaliyyətinə dair Hesabat brifinqi keçirilib
Agentliyin 1 illik fəaliyyətinə dair Hesabat brifinqi keçirilib
Oktyabrın 29-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən Agentliyin 1 illik fəaliyyəti dövründə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransını giriş sözü ilə açan Agentlik direktoru Eşqi Bağırov hesabat dövründə ölkəmizdə məktəbəqədər təhsilin təşkili və idarə olunması istiqamətində əhatəliliyin artırılması və keyfiyyətin yaxşılaşdırılması, alternativ təhsil və maliyyələşmə modelləri, pedaqoji heyətin peşəkar inkişafı və məktəbəqədər təhsil müəssisələrində həyata keçirilən nəzarət tədbirləri barədə iştirakçılara məlumat verib.
Eyni zamanda, Eşqi Bağırov ümumi təhsilin təşkili və idarə olunması istiqamətində pedaqoji heyət ilə bağlı müəllimlərin işə qəbulu, direktorların işə qəbulu, müəllimlərin iş yerlərinin dəyişdirilməsi müsabiqəsi, müəllimlərin iş yerlərinin qarşılıqlı dəyişdirilməsi eləcə də təhsilverənlərin sertifikatlaşdırılması mövzularına toxunub, təhsil müəssisələrində həyata keçirilən layihələr, həmçinin nəzarət tədbirləri barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Bununla yanaşı, məktəbdənkənar fəaliyyətin əhatəliliyi, həyata keçirilən tədbirlər barəsində məlumatlar təqdim edilib, həmçinin yaxın dövr ərzində məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul və təhsilverənlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı yeniliklər diqqətə çatdırılıb.
Agentlik direktoru Eşqi Bağırov Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə təhsil infrastrukturu barədə mövcud vəziyyət və qarşıda duran vəzifələr istiqamətində təqdimatla çıxış edib.
Təhsilin əlçatanlığının, bərabərlik və keyfiyyətinin təmin edilməsi, həmçinin vətəndaş məmnunluğunun artırılması, vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsinin prioritet istiqamətlərdən olduğu vurğulanıb.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
#MÜTDA #Brifinq

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır