veten informasiya agentliyi

Qvadelupun Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb

Tarix:25-10-2024, 18:31
Baxış Sayı:201

Qvadelupun Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb

Qvadelupun Azadlığı naminə Xalq Birliyi Bakıdan Fransanı qınayan bəyanat yayıb.

Bəyanatda deyilir:

"Fransa polisinin UPLG və onun Baş katibinə qarşı təhdid və qorxutma cəhdlərinə YOX!

Qvadelupun Azadlığı naminə Xalq Birliyi (UPLG), 23 oktyabr 2024-cü ildə BMT-nin Cenevrə qərargahında keçirilən missiyadan qayıdarkən, Baş katibi Jan-Jakob BICEP-in Parisin Şarl de Qol hava limanında həbs edilməsi və sərhəddə saxlanılması ilə bağlı narazılığını ifadə edir. Sözügedən tədbirdə Fransa nəzarətində olan ərazilərdə insan hüquqlarının pozulma halları müzakirə edilib.

Bundan əvvəl, Baş katib ABŞ-də BMT qərargahına səfər etməyi planlaşdırarkən, Martinikdən keçdikdən sonra ABŞ ərazisinə girişinə qadağa qoyulduğuna görə səyahətini davam etdirə bilməyib.

UPLG insan hüquqlarına zidd olan bu təcrübələri pisləyir və beynəlxalq ictimaiyyəti ölkəsində baş verənlərdən xəbərdar etməyə davam edəcəyini bəyan edir. Həmçinin, təşkilat özünün öz müqəddəratını təyinetmə və milli müstəqillik hüququnun tanınmasını tələb edir.

Köləlik əsarətinə qarşı mübarizə aparmış Delqres, Palerm, Massoto, Kuduks, Mart-Ros, Solitüd və digər qəhrəmanlarımız kimi, biz də tam azadlığa nail olana qədər mübarizəmizi davam etdirəcəyik.

UPLG Qvadelup xalqını və bütün vətənpərvər və müstəmləkəçiliyə qarşı mübarizə aparan qüvvələri, tam suverenlik və müstəqillik hüquqlarını müdafiə edənlərin səsini boğmağa yönələn bu cür hərəkətləri qınamağa çağırır.

Azad və müstəqil Qvadelupa eşq olsun! Biz qalib gələcəyik!"

Bu ixtisasa keçid balı 697 oldu
Bu ixtisasa keçid balı 697 oldu
“Land Cruiser” aşdı, sürücü öldü
“Land Cruiser” aşdı, sürücü öldü
Bakıda və bir sıra rayonlarda işıq olmayacaq
Bakıda və bir sıra rayonlarda işıq olmayacaq
Canlı yayımda söyüş söydü, həbs edildi
Canlı yayımda söyüş söydü, həbs edildi
İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət