veten informasiya agentliyi

Novruzəli Aslanov İsmayıllıda şəhid ailələrini ziyarət edib -Fotolar

Tarix:4-10-2024, 16:22
Baxış Sayı:154

Novruzəli Aslanov İsmayıllıda şəhid ailələrini ziyarət edib -Fotolar

Milli Məclisin deputatı Novruzəli Aslanovun İsmayıllı rayonunda vətəndaşlarla keçirdiyi görüşlərdə II Qarabağ müharibəsində, həmçinin 2023-cü ildə keçirilmiş anti-terror tədbirinin gedişində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailələri ilə və qazilərlə görüşlər hər zaman xüsusi yer tutur.

Məlumatda bildirilir ki, deputat bu kateqoriyaya aid olan insanların daim acılarını bölüşür, onların arzu və istəklərinin yerinə yetirilməsi məqsədilə əməli tədbirlər görür. Belə görüşlərdən biri də oktyabr ayının 3-də baş tutub. Novruzəli Aslanov İsmayıllı rayonunda daha altı şəhidimizin şəhadətlərinin ildönümü münasibətilə onların ailələri ilə görüşüb. Şəhdlərimizi oxucularımıza da təqdim edirik:

Çavuş Abdullayev Həsən Aydın oğlu 1990-cı il oktyabrın 15-də İsmayıllı rayonunun Qarabağ qəsəbəsində anadan olub. 2020-ci il 2 oktyabr tarixində Vətən müharibəsinin gedişində şəhadət zirvəsinə ucalıb.

Gizir Musayev Ramil Aydın oğlu 6 may 1991-ci ildə İsmayıllıda anadan olub. 2020-ci ilin 3 oktyabr tarixində şəhadətə yetişib.

Baş gizir Yusifov Ramil Mürşüd oğlu 24 aprel 1978-ci ildə İsmayıllı rayonu, Ağbulaq kəndində anadan olub. 2020-ci il oktyabr ayının 5-də Vətən uğrunda şəhid olub.

Maxe-çavuş Dəmirov Vüsal Aydın oğlu 1993-cü il sentyabr ayının 10-da İsmayıllı rayonunda anadan olub. 5 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Miçman Nəcəfov Fuad Taleh oğlu 1 oktyabr 1990-cı ildə İsmayıllı rayonu, Qalınçaq kəndində anadan olub. 2020-ci ilin 7 oktyabr tarixində Vətən uğrunda şəhid olub.

Əsgər Hüseynzadə Səməd Səttar oğlu1998-ci il 18 oktyabr tarixində İsmayıllının
Talistan kəndində anadan olub. 02 oktyabr 2020-ci il tarixində şəhidlik zirvəsinə ucalıb.

Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan həm Vətən müharibəsində, həm də keçən il keçirilmiş antiterror əməliyyatlarında əldə etdiyi parlaq tarixi Qələbələrinə görə qəhrəman hərbçilərinə, şəhid və qazilərinə borcludur. Buna görə də Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması

Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək

"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ

"Euronews" İlham Əliyevin Almaniya səfərindən yazd
Təbriz yaxınlığında partlayışlar baş verir

Bu gün hava necə olacaq - Proqnoz
Bu gün hava necə olacaq - Proqnoz