veten informasiya agentliyi

“Veysəloğlu” “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir

Tarix:20-09-2024, 16:50
Baxış Sayı:183

“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
“Veysəloğlu”  “Yaşıl iqtisadiyyat”a öz töhfəsini verməkdə davam edir
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) ekoloji davamlılığa yönəlmiş fəaliyyətlərini genişləndirərək “Nargis” jurnalı ilə birgə “Zero Waste project by Nargis – 2024” (Sıfır Tullantı -2024) layihəsi çərçivəsində Baş sponsor kimi əhəmiyyətli bir addım atıb. Bu əməkdaşlıq çərçivəsində "Veysəloğlu", tullantıların azaldılması və ekoloji maarifləndirmə tədbirlərinə dəstək göstərərək, ətraf mühitin qorunması istiqamətində yeni bir səhifə açır.
Layihə çərçivəsində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları könüllü olaraq Bakı şəhərinin tullantılardan təmizlənməsi məqsədilə təşkil olunan silsilə iməcilik aksiyalarında fəal iştirak ediblər. Xəzər dənizinin Bilgəh sahil zolağında keçirilən aksiyada 300 kiloqramdan artıq zibil toplanıb. Təmizlik işlərinə həmçinin bir sıra dövlət qurumlarının könüllüləri də qoşulub, bu da geniş ictimai dəstək və əməkdaşlıq ruhunu əks etdirir.
Tədbirin unikallığı ondan ibarətdir ki, toplanan tullantıların təkrar emalı planlaşdırılıb və bu tullantılardan eko-mebel hazırlanacaq. Hazırlanan bu innovativ eko-mebellər COP29 tədbiri çərçivəsində Müasir İncəsənət Muzeyində "Yaşıl Zona" stendində nümayiş etdirilərək qonaqlara təqdim olunacaq. Bu, həm davamlı iqtisadiyyata töhfə, həm də ictimaiyyətə ekoloji təcrübələrin praktik əhəmiyyətini nümayiş etdirmək baxımından önəmlidir.
30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu, Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biri olaraq “Yaşıl iqtisadiyyat”a dəstək göstərir. Şirkət, davamlı inkişafa sadiq qalaraq, ekoloji məsuliyyət və resursların effektiv idarə olunması sahəsində nümunəvi fəaliyyətini genişləndirməyə davam edir.
Veysəloğlu Şirkətlər Qrupu
Mətbuat Xidməti

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır