veten informasiya agentliyi

Şuşada ilk dərs günü

Tarix:19-09-2024, 19:00
Baxış Sayı:248

Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Şuşada ilk dərs günü
Sentyabrın 16-da 2024–2025-ci tədris ilində fəaliyyətə başlayan Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilk dərs günü tədbiri keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qarabağ Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən müdir müavini Anar Məcidov, eləcə də məktəb kollektivi və valideynlər iştirak ediblər.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Şuşa məktəbinin Azərbaycan təhsil sistemi üçün tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Şuşa məktəbinin ən müasir standartlarla inşa edildiyini vurğulayan nazir məktəbin şagird və müəllim kollektivinə uğurlar arzulayıb. Emin Əmrullayev sözügedən məktəbin Azərbaycan təhsil sistemində uğurları ilə qabaqcıl məktəblərdən biri olacağına əmin olduğunu deyib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Əməkdar müəllim Asif Cahangirov da müəllim və şagirdləri təbrik edib, onlara yeni tədris ilində uğurlar arzulayıblar.
Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova təhsil ocağı barədə məlumat verib. Bildirib ki, 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var.
Sonra yeni dərs ilinin zəngi çalınıb.
Yekunda məktəbdə yaradılan şəraitə baxış keçirilib.

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
"Euronews" İlham Əliyevin Almaniya səfərindən yazd
Təbriz yaxınlığında partlayışlar baş verir
Təbriz yaxınlığında partlayışlar baş verir
Bu gün hava necə olacaq - Proqnoz
Bu gün hava necə olacaq - Proqnoz