veten informasiya agentliyi

Ağsuda ev təmir etmək adı ilə dələduzluq edərək vətəndaşları aldadan şəxs saxlanılıb

Tarix:3-09-2024, 15:00
Baxış Sayı:181

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dələduzluq etməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Vüsal Mehraliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, həmin şəxs zərərçəkənləri ev təmiri və digər vədlərlə aldadaraq onların pul vəsaitlərini ələ keçirib. Araşdırmalarla onun paytaxt və bölgələrdə daha bir neçə vətəndaşa qarşı analoji əməllər etdiyi məlum olub. V.Mehraliyev dələduzluq etdiyi şəxslərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
V.Mehralıyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
"Euronews" İlham Əliyevin Almaniya səfərindən yazd
Təbriz yaxınlığında partlayışlar baş verir
Təbriz yaxınlığında partlayışlar baş verir
Bu gün hava necə olacaq - Proqnoz
Bu gün hava necə olacaq - Proqnoz