veten informasiya agentliyi

Tofiq Soltanov: Hər bir seçici bizim üçün dəyərlidir

Tarix:18-08-2024, 21:08
Baxış Sayı:274

Tofiq Soltanov: Hər bir seçici bizim üçün dəyərlidir

Sentyabr ayının 1-də Milli Məclisdə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanovun ( Novruz Aslan) səlahihyətli nümayəndəsi Tofiq Soltanov seçki kompaniyası ilə bağlı saytımıza müsahibə verib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Tofiq müəllim, siz Novruz Aslanın səlahiyyətli nümayəndəsisiniz. Təbliğat necə gedir? Mümkünsə bu haqda məlumat verərdiniz. -- Sənəm xanım, ilk öncə sizə və saytınıza təşəkkür edirəm. Məlumat üçün bildirərəm ki, seçki təbliğatına avqust ayının doqquzundan başlamışıq. Doqquz gün ərzində Novruz müəllim rayonumuzun 34 kəndində olub və təqribən 3500 nəfər seçici ilə görüşüb. Onu da qeyd edim ki, Novruz müəllimin belə bir deyimi var: "hər bir seçici mənim üçün dəyərlidir". Ona görə də hər bir kəndə Novruz müəllim şəxsən özü gedir. Onun üçün fərq etmir ki, kənd rayon mərkəzindən neçə kilometr uzaqdır.
-- Tofiq müəllim, seçicilərlə görüşmək üçün namizədlərə şərait yaradılıbmı? Belə desək, hər hansısa bir maneə olubmu?
-- Hər hansısa bi maneə müzakirə mövzusu ola bilməz. 89 saylı İsmayıllı Seçki Dairəsindən yeddi namizəd var. Hər bir namizəd üçün də eyni şərait yaradılıb. Hər bir kənddə xüsusi yerlər var ki, görüşlər orda keçirilir. Səlahiyyətli nümayəndəsi olduğum hörmətli Novruzəli Aslanovun( Novruz Aslan) rayonumuz və ölkəmiz səviyyəsində tanınan vəkilləri var. Görüş günündən qabaq kəndlərdə oluruq və görüş üçün elanlarımızı yapşdırırq. Sənəm xanım, sizə bir məlumatı deyim. Novruz müəllim artıq 20 ilə yaxındır ki, rayonumuzu ləyaqətlə təmsil edir. Bizlər, rayonumuzun sakinləri, seçicilər Novruz müəllimi çox yaxşı tanıyırıq. Ona görə də bu seçkidə Novruz müəllimin şüarı belədir:-
"Siz məni tanıyırsız"! Seçicilər bilir ki, Novruz müəllim onlar üçün əlçatan deputatdır. Başqa bir məqamı da deyim ki, bu iyirmi ilə yaxın müddət ərzində Novruz müəllim hər həftənin cümə axşamı günü rayon mərkəzindəki ofisində seçiciləri qəbul edib. Seçicilər sərbəst formada ofisə gəlib öz deputatları ilə görüşə bilir və öz qayğılarını deyə bilirlər. Bundan başqa bu illər ərzində rayonda keçirilən kütləvi tədbirlərdə Novruz müəllim də iştirak edib.
-- Tofiq müəllim, sonuncu sualımı verəcəm sizə. Bundan sonra təbliğatla bağlı hansı proseslər olacaq?
--- Bir daha qeyd edim ki, hələ kəndlərdə görüşlərimiz davam edir. Bildiyiniz kimi seçki təbliğatı avqustun 30-a qədər davam edəcək. Kəndlərdən başqa rayon mərkəzində də görüşlərimiz olacaq. Bəlkə bayaq deməyi unutdum. Rayon mərkəzində Novruz müəllimin rayonumuzun idmançıları və gəncləri ilə, eləcə də ağsaqqaları və din xadimləri ilə görüşü olub. Rayon mərkəzində yenidən görüşlərimiz olacaq.
Bütün məntəqələr üzrə nümayəndələrimiz- müşahidəçilərimiz var. Onların hər birinə seçki günü ilə bağlı məlumatlar verilir. Bundan başqa da görüşlərimiz haqqında hər gün xəbər saytlarlnda, sosial şəbəkələrdə məlumatlar paylaşılır. Bu prosesdə yanımızda olan hər bir seçicimizə, rayonumuzun ziyalılarına, jurnalist dostlarımıza təşəkkür edirik.

Söhbətləşdi:
Sənəm Salahova

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır