![]()
![]()
![]()
![]()
![]()
Sentyabr ayının 1 də Milli Məclisə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanovun (Novruz Aslan) təbliğat planına uyğun olaraq ikinci görüşü İsmayıllı rayonunun Gəraybəyli kəndində oldu. Novruz Aslan görüşə gələm kənd sakinlərini salamladı və öz platformasından danışdı. Sonra kənd sakinləri ilə Novruz Aslanın səmimi söhbəti oldu. Kənd sakinləri onları maraqlandıran sualları verərək kəndin qayğılarından danışdılar. Məlumat üçün bildirək ki, təbliğat bu gündən başlayır. Novruz Aslanın bu gün üçün ikinci görüşüdür və digər kəndlərdə də görüşləri olacaq.