![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Sentyabr ayının 1 də Milli Məclisə keçiriləcək seçkilərdə 89 saylı Seçki Dairəsindən namizədliyi qeydə alınmış Novruzəli Davud oğlu Aslanovun (Novruz Aslan) ilk görüşü İsmayıllı rayonunun Qubaxəlilli kəndində oldu. Novruz Aslan ilk öncə Qubaxəlilli kənd mərkəzində Vətənimiz uğrunda canlarını fəda edən Şəhidlərimizin adına yaradılmış abidə-kompleksini ziyarət elədi. Daha sonra kənd sakinləri ilə Novruz Aslanın səmimi görüşü oldu. Məlumat üçün bildirək ki, təbliğat bu gündən başlayır. Novruz Aslanın bu gün üçün başqa kəndlərdə də görüşləri olacaq.