veten informasiya agentliyi

Rəssam Hüseyn Mirtəqəvinin Xalq şairi Musa Yaquba həsr olunmuş sərgisi keçirilib

Tarix:8-08-2024, 10:34
Baxış Sayı:289

İsmayıllı rayonunun Buynuz kəndində Şahdağ Milli Parkının İsmayıllı bölməsində rəssam Hüseyn Mirtəqəvinin rəsmlərindən ibarət, Xalq şairi Musa Yaquba həsr olunmuş "Daş altında toxumam" adlı sərgisi keçirilib.
Tədbir Musa Yaqubun qəbirüstü abidəsinin ziyarəti ilə başlayıb.
“Beş qardaş” Ədəbi Birliyi ənənələrinə uyğun belə bir tədbirin keçirilməsinə qərar verib. Bu tədbiri isə Musa Yaqubun doğma yurdunda, Buynuz kəndində təşkil ediblər. Yayın istisinə, bürküsünə baxmayaraq tədbir möhtəşəmliyi ilə yadda qalıb. İlk öncə Xalq Şairi Musa Yaqubun qəbiri ziyarət olunub.
Musa Yaqubun qəbirüstü abidəsi önündə şairin dostu 83 yaşlı Əvəz Küskünün gələn qonaqları salamladı. Şahdağ Milli Parkının İsmayıllı bölməsinin yerləşdiyi əraziyə
çatanda tədbir iştirakçıları rəssam Hüseyn Mirtəqəvinin əsərlərinin sərgiləndiyi guşədə gözəl mənzərə ilə rastlaşıblar. Rəssamın cərrah bıçağı ilə işlədiyi tablo və portretlər təbiətlə vəhdət yaratmışdı. Tədbiri maraqlı edən cəhətlərdən biri də o idi ki, rəssamın son əsərinin qəhrəmanı Buynuz kəndinin sakini, uzun illər pedoqoji fəaliyyətlə məşğul olan müəllim Rza Mahmudov möhtəşəm əsərlə elə orada tanış olurdu.
Tədbiri giriş sözü ilə “Beş qardaş”ın üzvü Bəhruz Məmmədov açıb, tədbirin məram və məqsədi haqqında məlumat verdi. Elə bu zaman rəssamın özü sərgiyə təşrif buyurdu. B.Məmmədov onu tədbir iştirakçılarına təqdim etdi və sözü ona verdi.
Hüseyn müəllim həyat tarixçəsini vərəqlədi, əmək fəaliyyəti və yaradıcılıq yolu ilə bağlı maraqlı informasiyaları tədbir iştirakçılarının nəzərinə çatdırdı.
"Daş altında toxumam" adlı sərgidə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Rəhim Ağamirli, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri, hüquq elmləri doktoru Simran Həsənov, “Qəbələnin səsi” Ədəbi Yazarlar Birliyinin üzvü, şəhid atası Cəlil Xeyirbəy, Birliyin sədri Şəhla Bayramova,
“İsmayıllı xəbərləri” qəzetinin Baş redaktoru Şahməmməd Dağlaroğlu, “Neft daşları” qəzetinin Baş redaktoru, “Beş qardaş”dan biri Xeyrulla Ağayev, “Yeni təfəkkür” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, İsmayıllı rayon ziyallıları və Musa Yaqubun ailə üzvləri, eləcə də musasevərlər, hüseynsevərlər çıxış edib rəssama yaradıcılıq uğurları dilədilər. “Xəbərlər” İnformasiya Agentliyinin Baş redaktoru, yazıçı-jurnalist Yusif Məhəmmədoğlu isə rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun və Milli Məclisin deputatı Novruz Aslanovun tədbir iştirakçılarına salamlarını və təbriklərini çatdırdı.
Tədbir tamaşaçılarda böyük maraq doğurdu. Bu bizə növbət silsilə tədbirlərin keçirməsinə stimul verdi.

“Beş qardaş” Ədəbi Birliyinin Mətbuat Xidmətinin rəhbəri Sənəm Salahova.

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır