Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Avqustun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 10 tüfəng, 4 qumbara, 2 alışdırıcı, 4 patron darağı və 95 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.