veten informasiya agentliyi

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciəti

Tarix:31-07-2024, 10:21
Baxış Sayı:179


İyun ayının əvvəlindən başlayaraq paytaxt yollarında, hətta pik saatlarda sıxlıq azalıb. Yay tətilinin və əhalinin bir çoxunun məzuniyyətdə olması buna əsas səbəb kimi göstərilə bilər. Lakin müşahidə kameralarının görüntüləri əsasında aparılan təhlillər göstərir ki, günün müxtəlif saatlarında yol-nəqliyyat hadisələri baş verir, texniki nasaz nəqliyyat vasitələri yollarda qalır və bəzi sürücülər dayanma və durma qaydalarına əməl etmirlər. Nəticədə nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə hələ də sıxlıq yaranır. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, qeyd olunan səbəblərdən yollarda sıxlığın yaranması həm özlərinin, həm də digər hərəkət iştirakçılarının vaxtında mənzil başına çatmamasına gətirib çıxarır. Sürücülərə yola çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə baxış keçirməyi və yol hərəkəti qaydalarına əməl etməyi tövsiyə edirik.

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
"Euronews" İlham Əliyevin Almaniya səfərindən yazd
Təbriz yaxınlığında partlayışlar baş verir
Təbriz yaxınlığında partlayışlar baş verir
Bu gün hava necə olacaq - Proqnoz
Bu gün hava necə olacaq - Proqnoz