veten informasiya agentliyi

“Diaspor Gənclərinin V Yay Düşərgəsi”nə seçimlər başa çatıb

Tarix:27-07-2024, 12:15
Baxış Sayı:381

“Diaspor Gənclərinin V Yay Düşərgəsi”nə seçimlər başa çatıb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Laçın şəhərində keçiriləcək “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinə seçimlər başa çatıb.
Düşərgəyə qatılmaq üçün 500-ə yaxın elektron müraciət daxil olub. Qeydiyyat və müsahibə mərhələlərindən sonra 60 ölkəni təmsil edən 119 nəfər düşərgədə iştirak üçün seçilib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri var.
Bildirək ki, “Diaspor Gənclərinin V Yay Düşərgəsi” 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan olunması münasibətilə Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərində təşkil ediləcək.
Yay düşərgəsinin proqramına müxtəlif ictimai-siyasi xarakterli panellər, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər, ana dili dərsləri, eləcə də gənclər üçün əyləncəli proqramlar, intellektual oyunlar daxildir.
Xatırladaq ki, Diaspor Gənclərinin bu günədək təşkil olunan düşərgələri Şəki, Şamaxı, Şuşa və Naxçıvanda baş tutub.

İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia