veten informasiya agentliyi

“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi

Tarix:22-07-2024, 13:35
Baxış Sayı:319

“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi


Bugun.tv xəbər verir ki, “Azestetik Group” şirkəti ölkədə fəaliyyət göstərən media qurumlarının rəhbərləri ilə görüş təşkil edib.



“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi
“Azestetik Group” rəhbərliyinin jurnalistlərlə görüşü

Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Milli Mətbuatımızın yaranmasının 149 illiyinə həsr olunan səhər yeməyində 30 yaxın qəzet, informasiya agentliyinin, ənənəvi və internet televiziyalarının təsisçiləri, baş redakator, aparıcı və redaktorları iştirak ediblər.


“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi
Jurnalistlərlə görüş

Tədbiri giriş sözü ilə açan “Azestetik Group”un media əlaqaləndiricisi, Əməkdar jurnalist Elnarə Dərziyeva həmkarlarını şirkət adından təbrik edib, imzasına hörmət edən qələm əhlinə uğurlar arzulayıb. Sonra Azərbaycanda 17 ildir ki, fəaliyyət göstərən “Azestetik Group”un tanıtım çarxı nümayiş etdirilib. Şirkətin həmtəsisçisi və direktoru Rəşad Qasımov dəvəti qəbul edib gəldiklərinə görə, media nümayəndələrinə təşəkkürünü bildirib. Onları peşə bayramı münasibəti ilə təbrik edib.


“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi
Azestetik Group” şirkətinin direktoru Rəşad Qasımov

Medianın inkişafında jurnalistlərin rolundan danışan R.Qasımov bu istiqamətdə əldə etdikləri yüksək nailiyyətlərə diqqət çəkib. “Cəmiyyəti mediasız təsəvvür etmək çətindir. İctimaiyyəti maarifləndirən, məlumatlandıran məhz sizlərisiz. Hər kəs doğru, düzgün, qərəzsiz xəbərləri, informasiyaları məhz siz jurnalistlərdən öyrənir, bilir. Bu məsuliyyətli yolda hər birinizə uğurlar diləyirəm”, – deyə o, əlavə edib.


“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi
Media nümayəndələri

Daha sonra “Azestetik Group”un Satış və Biznes inkişaf rəhbəri Həşim Quliyevə söz verilib. O, 17 il ərzində gördükləri işdən, həyata keçirdikləri uğurlu layihələrdən danışıb. Dünyanın ən müasir texnologiyalarını, ən yeni tibbi və estetik avadanlıqların Azərbaycana gətirilməsini və satışını təşkil etdiklərini bildirib. Şirkətin həyata keçirdiyi uğurlu layihələr sırasında “Ambassador”un xüsusi diqqət çəkdiyini deyən, H.Quliyev yüzlərlə xanımın bundan yararlandığını vurğulayıb.

“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi
Azestetik Group”un Satış və Biznes İnkişaf rəhbəri Həşim Quliyev

“Bu layihə çərçivəsində təlimlər təşkil edirik. Müxtəlif estetik mərkəzlərdə çalışan və yaxud yeni iş qurub, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən xanımlarımız bizə müraciət edirlər. Təlimçilərimiz onlara ödənişsiz əsaslarla bu avadanlıqlardan istifadə qaydalarını öyrədirlər. Daha sonra onlara həmin cihazları güzəştli şərtlər və kreditlər əsasında əldə etmək imkanı yaradırıq”, – H.Quliyev bildirib. İş sahibi olmaq istəyən hər kəsi bu imkandan yararlanmağa çağırıb.

“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi
Jurnalistlər təltif olundu

“Azestetik Group” Milli Mətbuatın 149 illiyi münasibəti ilə media mənsublarına təşəkkürnamələr və hədiyyələr təqdim edib. “Bugün tv Media Qurumu”nun əməkdaşı Aynur Camal da təltif olunub.

“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi
Bugun.tv informasiya agentliyinin redaktoru Aynur Camal

Media nümayəndələri çıxış edərək, təşkil olunan görüş və xüsusi diqqətə görə şirkət rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonra xatirə fotoları çəkilib.

“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi

Bugün.tv olaraq, biz də dəyərli həmkarlarımızı ürəkdən təbrik edir, peşə fəaliyyətlərində uğurlar arzulayırıq!

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır