veten informasiya agentliyi

Mehriban Ələkbərzadə MDB Parlament Assambleyasının Çingiz Aytmatov mükafatına layiq görülüb

Tarix:18-07-2024, 08:20
Baxış Sayı:336

Mehriban Ələkbərzadə MDB Parlament Assambleyasının Çingiz Aytmatov mükafatına layiq görülüb
Mehriban Ələkbərzadə MDB Parlament Assambleyasının Çingiz Aytmatov mükafatına layiq görülüb
Mehriban Ələkbərzadə MDB Parlament Assambleyasının Çingiz Aytmatov mükafatına layiq görülüb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) Çingiz Aytmatov adına mükafatına layiq görülüb.
Onun namizədliyi Assambleyanın Mədəniyyət, İnformasiya, Turizm və İdman Komissiyası tərəfindən irəli sürülüb. Komissiyanın sədri - Özbəkistan Ali Məclisinin deputatı Erkin Zahidov Mehriban Ələkbərzadənin yaradıcılıq fəaliyyəti haqqında ətraflı məlumat verərək, onun bu mükafata layiq olduğunu bildirib.
MDB PA-nın Çingiz Aytmatov adına mükafatı hər il mədəniyyət, maarif, humanitar elmlərin inkişafına dəyərli töhfələr verən, habelə ədəbiyyat, incəsənət və mədəni irsin qorunmasına, mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə xidmət edən, dostluq əlaqələrinin, sülhün möhkəmləndirilməsi və dövlətlərarası mənəvi əlaqələrin inkişaf etdirilməsinə görə verilir. Mehriban Ələkbərzadə bu mükafata layiq görülən ilk qadın sənətkardır. O, mükafata Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının səhnə versiyasına görə layiq görülüb.
MDB PA-nın Çingiz Aytmatov adına mükafatı 2012-ci ilin noyabrında Assambleyanın qərarı ilə təsis edilib.
Qeyd edək ki, bu ilin 9-10 mart tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” (iki hissəli fantastik realizm) tamaşasının premyerası keçirilib.
Yeni səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Azər Hacıəsgərlidir.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir