veten informasiya agentliyi

Məktəbi bitirən məzunlara attestatların verilməsinə başlanılıb

Tarix:18-07-2024, 08:12
Baxış Sayı:301

Məktəbi bitirən məzunlara attestatların verilməsinə başlanılıb


Məktəbi bitirən məzunlara attestatların verilməsinə başlanılıb
- - - -
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatlar verilir.
Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.
Regional Təhsil İdarəsi olaraq xüsusi diqqətimizdə saxlanılan məsələlərdən biri də məzun olan şagirdlərimizə dövlət təhsil sənədlərinin verilməsi prosesinin mövcud normativ qaydalar daxilində aparılması, prosesin icrası zamanı vətəndaş məmnunluğunun təmin edilməsidir. Dövlət təhsil sənədlərinin məzunlara təqdim edilməsi ödənişsiz həyata keçirilir.
Dövlət təhsil sənədlərinin məzunlara təqdim edilməsi ilə bağlı sual və şikayətiniz yarandığı təqdirdə İdarənin Çağrı Mərkəzinin "146-0-3" nömrəli telefonuna zəng edə və ya (+994) 50 867 95 71 “WhatsApp” nömrəsinə yaza bilərsiniz.
2023-2024-cü tədris ilində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 9 261, XI siniflərini isə 6 047 nəfər bitirib.
Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.
#EduAz #MÜTDA #MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #ÜmumiTəhsil #Attestat

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
"Euronews" İlham Əliyevin Almaniya səfərindən yazd
Təbriz yaxınlığında partlayışlar baş verir
Təbriz yaxınlığında partlayışlar baş verir
Bu gün hava necə olacaq - Proqnoz
Bu gün hava necə olacaq - Proqnoz