veten informasiya agentliyi

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Bakıda “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib

Tarix:11-07-2024, 19:46
Baxış Sayı:285

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Bakıda “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
10 iyul 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçirilib.
Qeyd edək ki, artıq 3-cü dəfə keçirilən konsert “Azərlotereya” ASC-nin və “Reform Group” MMC-nin tərəfdaşlığı və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin informasiya dəstəyi ilə baş tutub.
Tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, Qarabağ Dirçəliş Fonduna ianə edərək işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək göstərən donor şirkətlərin və Fondun tərəfdaşlarının nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirin əvvəlində çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev konsertin əsas məqsədi barədə məlumat verərək əldə ediləcək vəsaitin Qarabağın bərpası istiqamətində həyata keçirilən tədbirlərə töhfə verəcəyini vurğulayıb.
İdarə Heyətinin sədri “Qarabağ gecəsi” xeyriyyə konsertinin ərsəyə gəlməsində dəstək göstərən, eyni zamanda bilet əldə edərək işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasına töhfə verən hər kəsə təşəkkürünü bildirib.
Daha sonra konsertin tərəfdaşlarından olan “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş çıxış edib.
Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab və “Qaytağı” instrumental ansamblı çıxış edərək qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.
Konsertin bədii hissəsindən sonra tədbir rəsmi ziyafətlə davam edib.
Rəsmi ziyafətdə konsertin ərsəyə gəlməsində həmrəylik nümayiş etdirərək Qarabağ Dirçəliş Fonduna dəstək olan tərəfdaşlara və donorlara xüsusi plaket və “Təşəkkür sertifikatı” təqdim olunub.
Qeyd edək ki, konsertdən əldə edilən vəsait işğaldan azad edilmiş ərazilərdə mədəniyyət obyektlərinin yenidən qurulmasına yönəldiləcək.

Xatırladaq ki, “Qarabağ gecəsi” adlı ilk xeyriyyə konserti 26 iyun 2022-ci il tarixində Bakıda, ikinci konsert isə 17 iyun 2023-cü il tarixində Gəncə şəhərində keçirilib.

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Bakıda “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Bakıda “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Bakıda “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Bakıda “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Bakıda “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Bakıda “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Bakıda “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Bakıda “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
"Euronews" İlham Əliyevin Almaniya səfərindən yazd
Təbriz yaxınlığında partlayışlar baş verir
Təbriz yaxınlığında partlayışlar baş verir
Bu gün hava necə olacaq - Proqnoz
Bu gün hava necə olacaq - Proqnoz