veten informasiya agentliyi

Rusiya əcnəbilər üçün qanunu sərtləşdirir: bu şəxslər deportasiya ediləcəklər

Tarix:9-07-2024, 12:14
Baxış Sayı:282

Rusiya əcnəbilər üçün qanunu sərtləşdirir: bu şəxslər deportasiya ediləcəklər




Rusiya Daxili İşlər Nazirliyi xarici vətəndaşın Federasiya ərazisindən çıxarıla biləcəyi inzibati xətaların siyahısını genişləndirəcək qanun layihəsi hazırlayıb. Layihə ictimai müzakirəyə təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Hazırda məsuliyyət tədbiri kimi inzibati xaric Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin (İHM) 22 maddəsində nəzərdə tutulmuşdur.

“Qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin daha 20 maddəsinə xaric edilməklə bağlı bənd təklif edilir ki, onların da əksəriyyəti ictimai asayişin və ictimai təhlükəsizlik sahəsində hüquq münasibətlərinin qorunmasına, o cümlədən ekstremist təzahürlərə qarşı mübarizəyə yönəlib”, - məlumatda vurğulanıb.

Nazirlik əlavə edib ki, əcnəbi vətəndaşların ölkədən çıxarılması və növbəti cinayətlərinin qarşısının alınması üçün onların inzibati məsuliyyətə cəlb edilməsi ilə yanaşı, polis əlavə prosedurlar da həyata keçirə biləcək. Bura ölkəyə girişdən imtina və ya qalmanın arzuolunmazlığı barədə qərarların qəbul edilməsi, deportasiya haqqında ayrıca qərar şəklində bəzi hallar daxildir.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu