veten informasiya agentliyi

Nazir Məcnun Məmmədov Xaçmazda taxıl biçini prosesini izləyib, fermerlərlə görüşüb

Tarix:2-07-2024, 08:23
Baxış Sayı:260

Respublikada taxıl biçini davam edir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Xaçmaz rayonunda taxıl biçininin təşkili prosesini izləyib.
Bu il Xaçmaz rayonunda 18942 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 12029 hektarını buğda, 6913 hektarını arpa sahələri təşkil edir. Rayonda biçin prosesində 48 kombayn iştirak edir. Bunlardan 28-i fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. “Aqroservis” ASC taxıl biçininə 20 kombayn dislokasiya edib.
Artıq rayon üzrə zəmilərin 45,2 faizində biçin başa çatıb. Başqa sözlə, bugünədək 8570 hektar sahədə biçin yekunlaşıb, sahələrdən 25126,5 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 29,3 sentnerdir.
Nazir Məcnun Məmmədov rayonun Alıcıqışlaq kəndində taxıl biçini prosesində iştirak edib, yerli fermerlərlə görüşüb, biçinin sürətli və itkisiz təşkili üçün görülən işlər barədə məlumat verib. “Azərbaycan-Türkiyə Toxum Araşdırma Ortaq Müəssisəsi”nin rəhbəri İmamhüseyn Şirinov biçin aparılan 28 ha sahədə “Qobustan” buğda sortunun əkildiyini, sahədən orta hesabla 44-46 sentner məhsul gözlədiklərini bildirib.
Fermerlərlə müzakirələrdə taxılçılığın inkişafı, düzgün toxum seçimi, gübrə normaları, taxıl əkinlərində aqrotexniki qulluq qaydalarına riayət etmək, yeni becərmə üsulları, dövlət dəstəyi mexanizmləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Aqrar sahənin inkişafı ilə bağlı fermerlərin təklifləri qeydə alınıb, qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verilib.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, artıq payızlıq əkin sahələrinin 58 faizində biçin başa çatıb.
Artıq 588 577 hektar sahədə biçin yekunlaşıb. Sahələrdən 1 052 160 ton arpa, 825 419 ton buğda yığılıb. Arpa sahələrinin 83,1 faizində, buğda sahələrinin isə 40,1 faizində biçin prosesi başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 29,8 sentner, buğda üzrə isə 35,1 sentner təşkil edir.
Hazırda respublikanın rayonlarında intensiv biçin prosesi gedir.

İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia