veten informasiya agentliyi

"Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

Tarix:28-06-2024, 22:59
Baxış Sayı:243

İyunun 27-də ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbir keçirilib.

Tədbirdə sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən təhsilverənlər və digər qonaqlar da iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli sertifikatlaşdırma prosesinin mahiyyəti və keçirilmə qaydaları barədə məlumat verib.

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma prosesinə dair geniş təqdimatla çıxış edib.

Sertifikatlaşdırmanın məqsədinə toxunan Emin Əmrullayev bildirib ki, 2022-2024-cü illərdə təşkil edilmiş təhsilverənlərin sertifikatlaşdırılması prosesində 64 mindən çox müəllim iştirak edib.

Nazir qeyd edib ki, prosesin nəticəsi olaraq təxminən 35 faiz müəllim 2024-2025-ci tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq. Həmçinin elm və təhsil naziri bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması nəticəsində 55 mindən çox müəllimin əməkhaqqına əlavə alacağı proqnozlaşdırılır. Əməkhaqqına 35% əlavə alacaq müəllimlərin sayının isə təxminən 17,5 min nəfərə yüksələcəyi gözlənilir.

Əvvəlki dövrdə MİQ və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələrinin əhəmiyyətli dərəcədə yüksək olduğunu da diqqətə çatdıran Emin Əmrullayev bildirib ki, MİQ imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52-dir.

Çıxışında sertifikatlaşdırma prosesinin nəticələrinə dair bəzi statistik məlumatları da diqqətə çatdıran Emin Əmrullayev sonda müəllimlərə müraciət edərək bildirib ki, müəllim gördüyü işin nəticəsinin şagirdinin təlim nəticəsi olduğunu unutmamalıdır və görülən işlərin hər biri də bu istiqamətin yaxşılaşdırılmasına yönəlib.

Çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev də öz növbəsində qonaqları salamlayaraq təhsilverənlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyətini vurğulayıb və prosesdən uğurla keçən müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra çıxış edən Şəmkir rayon Zəyəm qəsəbə 2 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, Vətən müharibəsi iştirakçısı Hüseyn Şamilli, Bakı şəhəri 133 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Şahnaz Sariyeva sertifikatlaşdırma imtahanının təkcə bilikləri ölçmədiyini, həm də müəllimlərin peşə biliklərinin artırılması, öz üzərlərində çalışmaları baxımından faydalı olduğunu dilə gətiriblər.

Tədbir çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin rəsmi açıqlaması
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
Yasamal rayonunun bəzi ərazilərində işıq kəsiləcək
"Titanik"in çəkilişində aktyorları narkotiklə zəhərləyiblər
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
İTV 2030-cu il dünya çempionatını da yayımlayacaq
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
Paşinyan Ermənistanı çırpınan quşa bənzədərək ermənilərə MESAJ VERDİ
"Euronews" İlham Əliyevin Almaniya səfərindən yazd
Təbriz yaxınlığında partlayışlar baş verir
Təbriz yaxınlığında partlayışlar baş verir
Bu gün hava necə olacaq - Proqnoz
Bu gün hava necə olacaq - Proqnoz