![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Mingəçevirdə “Direktorlar klubu”nun növbəti görüşü təşkil olunub
- - - - - -
İyunun 26-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan bir qrup məktəb direktoru ilə birgə “Direktorlar klubu”nun növbəti görüşü baş tutub.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Cavad Cavadov, rayon(şəhər) təhsil sektorlarının müdiri, bir qrup ümumi təhsil müəssisəsinin direktoru və eləcə də Qarabağ (Vətən) müharibəsibdə iştirak edən bir qrup direktor müavini, hərbi rəhbər iştirak edib.
Görüşdən öncə Mingəçevir şəhər Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzülüb, şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla yad edilib. Eyni zamanda Şəhidlər xiyabanında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhramanı” adı verilmiş Natiq Səlim oğlu Qasımovun qardaşı Nofəl Qasımovla, həmçinin şəhid Təbriz Cüməzadənin atası İldırım Əbdürrəhimovla birlikdə "İtkinlər" kompleksində olan xatirə lövhəsi ziyarət olunub.
Daha sonra “Direktorlar klubu”nun növbəti görüşü “Ümumi təhsil müəssisələrində vətənpərvərlik işinin təşkili”nə həsr olunub.
Görüşdə İdarə müdiri Elçin Kərimov ümumi təhsil müəssisələrinin şagirdlərə tək bilik-bacarıq vermədiyini, o cümlədən vətənpərvərlik hislərinin aşılandığını qeyd edib. İdarə müdiri təhsil müəssisələrinin təhsilalanların vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsinin ən mühüm məqsədlərindən biri olduğunu vurğulayıb, həmçinin bu istiqamətdə mütəmadi işlərin görülməsini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, “Direktorlar klubu”nun əsas məqsədi ümumtəhsil məktəb direktorlarının kommunikasiyasını və təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirmək, bu yolla onların bacarıqlarını təkmilləşdirmək, təhsilin idarəetməsində keyfiyyətin inkişafına töhfə verməkdir. Bu çərçivədə direktorların görüşlərini təşkil etmək, onların idarəçilik təcrübəsini daha geniş auditoriyaya çatdırmaq, mövcud vəziyyəti daha da yaxşılaşdırmaq üçün müzakirələr aparmaq və ehtiyacları öyrənmək nəzərdə tutulub.
#EduAz #MÜTDA #MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #ÜmumiTəhsil #DirektorlarKlubu