Mayın 28-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindən “VAZ-2101” markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşid Hüseynov avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.