veten informasiya agentliyi

Ağdaşda Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüş təşkil olunub

Tarix:26-05-2024, 20:21
Baxış Sayı:249

Mayın 21-də Ağdaş şəhər Heydər Əliyev Mərkəzində Ağdaş rayon ümumi təhsil müəssisələrində təhsil alan XI sinif şagirdlərinin iştirakı ilə Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüş keçirilib.
Görüş Azərbaycan Respublikasının Dövlət Himnininin səsləndirilməsi və vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Görüşdə tədrisin keyfiyyəti sektorunun müdiri Leyla Bayramova, Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri səlahiyyətləri müvəqqəti icra edən Rahim Məmmədov, rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri və XI sinifdə təhsil alan bir qrup şagird iştirak edib.
Görüşdə çıxış edən tədrisin keyfiyyəti sektorunun müdiri Leyla Bayramova ilk olaraq Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və ixtisasları barədə danışıb. Leyla Bayramova Qarabağın hər zaman ziyalılar yetişdirdiyini və hazırda görülən işlərin də bu ənənənin davamı olduğunu vurğulayıb.
Daha sonra Qarabağ Universitetində təhsilalanlar və akedemik heyət üçün fərqli, müasir mühitin formalaşdırılacağı, universitet kampusunda bütün xidmətlərin veriləcəyi diqqətə çatdırılıb.
Daha sonra müəssisə rəhbərlərinin və şagirdlərin çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, Qarabağ Universiteti 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama

Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi

Hindistan səfiri Azərbaycanı təbrik etdi

Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər

İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO

Yayda edilən qidalanma səhvləri təhlükə yaradır