veten informasiya agentliyi

“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” adlı konfrans keçirilib

Tarix:2-05-2024, 10:17
Baxış Sayı:306

“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” adlı konfrans keçirilib
“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” adlı konfrans keçirilib
“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” adlı konfrans keçirilib
“İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” adlı konfrans keçirilib


01.05. 2024-cü il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində Qəbələ Dövlət Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi, MKS, Tarix Diyarşünaslıq Muzeyi və Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirakı ilə “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” adlı konfrans keçirilib.
2023-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamdan iləri gələrək Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlərin aparıldığını nəzərə çatdıraraq, dünyada baş verən qlobal iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsirinin nəticələri barədə konfrans iştirakçılarına məlumat verilib.
Konfransda “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsi” mözusunda məruzəylə çıxış edənlər son illər xüsusilə iqlim dəyişikliklərinin mənfi təsirlərini azaltmaq və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün alternativ enerji mənbələrindən istifadə və yeni yaşıl texnologiyalara keçid sürətləndirildiyini vurğulayaraq dünyanın hər yerində olduğu kimi, qarşıdakı bir neçə ildə ölkəmizdə də iqlim dəyişikliklərinin fəsadlarına qarşı mübarizədə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, ətraf mühitlə bağlı yeni texnologiyaların tətbiqi əsas prioritetlərdən biri olacağını bildiriblər.
Tədbirdə sonra mövzuyla bağlı müzakirələr aparılıb, çıxışlar dinlənilib, maarifləndirici videoçarx izlənilib.

İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək
Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək
Sabahın havası - 39 dərəcə isti olacaq
Sabahın havası - 39 dərəcə isti olacaq
Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Görünməmiş hadisə: Süni intellekt nəzarətdən çıxdı, nəhəng şirkətə kiberhücum başlatdı
Görünməmiş hadisə: Süni intellekt nəzarətdən çıxdı, nəhəng şirkətə kiberhücum başlatdı
18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi
İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi
“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın