veten informasiya agentliyi

Ağdaşda valideyn forumu təşkil olunub

Tarix:6-04-2024, 13:18
Baxış Sayı:283

Ağdaşda valideyn forumu təşkil olunub
Ağdaşda valideyn forumu təşkil olunub
Ağdaşda valideyn forumu təşkil olunub
Ağdaşda valideyn forumu təşkil olunub
Ağdaşda valideyn forumu təşkil olunub
Ağdaşda valideyn forumu təşkil olunub
Ağdaşda valideyn forumu təşkil olunub
Ağdaşda valideyn forumu təşkil olunub

Ağdaşda valideyn forumu təşkil olunub
- - - - -
Aprelin 1-də Ağdaş şəhər B.Nəbiyev adına 3 nömrəli tam orta məktəbdə Ağdaş rayon ümumi təhsil müəssisələrində övladı təhsil alan bir qrup valideynin iştirakı ilə forum keçirilib.
Görüşdə Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri Leyla Bayramova, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşı Rəhman Yolçuyev, rayonun ümumi təhsil müəssisələrinin rəhbərləri və bir qrup valideyn iştirak edib.
Görüşdə çıxış edən təhsil sektorunun müdiri Leyla Bayramova məktəb-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
Ağdaş RPŞ-nin əməkdaşı Rəhman Yolçuyev rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə aparılan profilaktik söhbət və görülən tədbirlər barədə məlumat verib.
Daha sonra Ağdaş şəhər B.Nəbiyev adına 3 nömrəli tam orta məktəbin direktoru Ələs Novruzov məktəbdə görülmüş işlər, son 3 ilin buraxılış imtahan və ali təhsil müəssisələrinə qəbulun nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqəsi və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının müqayisəli təhlilini diqqətə çatdırıb.
Görüş zamanı təlim-tədris prosesində tətbiq olunan şagird davranış qaydaları barədə ümumi məlumat bildirilib, valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, maarifləndirici görüşlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun ümumi təhsil müəssisələrində təhlükəsizlik tədbirləri ilə bağlı təlimatı məktubunun icrasının təmin edilməsi məqsədilə təşkil olunur.
Həmçinin valideynlərlə bu cür görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulur. Görüşdə iştirak etmək istəyən valideynlər övladının təhsil aldığı şəhər və rayonun tabe olduğu təhsil sektoruna müraciət edə bilərlər.
Görüşün keçirilməsində əsas məqsəd müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyin artırılması, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır