veten informasiya agentliyi

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Tarix:5-04-2024, 18:40
Baxış Sayı:267

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib
“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib
“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib


Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Heydər Əliyev mərkəzində şəhər 1, 2 və 3 saylı, eləcə də Gəlmə kənd tam orta məktəbində təhsil alan ümumilikdə 200 artıq yuxarı sinif şagirdinin iştirakı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Görüşdə polis şöbəsinin əməkdaşları və rayon prokurorluğunun rəhbəri, icra hakimiyyətinin məsul şəxsləri, eləcə də təhsil müəssisələrinin pedaqoji kollektivi iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Müasir dövrümüzün ən böyük probleminə çevrilmiş və “Ağ ölüm” kimi ad qazanmış narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə şagirdlərə məlumat verən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ramil Salayev, gələcəyimiz olan gənclərin sağlam ruhda böyüməsinin və gələcəyin peşəkar kadrları kimi formalaşmasının önəmindən danışıb. Polis rəisi bildirib ki, yaşından asılı olmayaraq bu bəlanın aludəçisinə çevrilən hər bir şəxs öz həyatında sağalmaz izlər buraxmaqla yanaşı gələcəyini məhv edir. Siz məktəblilər isə belə şəxslərdən kənar gəzməli, daima təhsilinizdə fərqlənməli və bizim qürur mənbəyimiz olmalısız.
Daha sonra çıxış edən digər məruzəçilər iştirakçılara dəyərli tövsiyələr verərək keçirilən tədbirinin mahiyyətini yüksək qiymətləndiriblər.
Görüşün sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır