veten informasiya agentliyi

Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi açıqlaması

Tarix:18-03-2024, 23:13
Baxış Sayı:286

Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi açıqlaması


Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi açıqlaması
- - - - -
Ötən günlərdə kütləvi informasiya vasitələrində Mingəçevir şəhər İ.Zeynalov adına 2 nömrəli tam orta məktəbin infrastrukturunun və maddi-texniki bazasının yaxşı olmaması barədə görüntüləri əks etdirən məlumat yayımlanmışdır.
Bildiririk ki, yayımlanan məlumatda əks olunan paylaşımın bir hissəsi məktəbin uzun müddətdir istifadəsiz qalan korpusuna aiddir və həmin korpus hazırda tədris prosesi və tədrisə yardımçı məqsədlər üçün istifadə olunmur.
Əlavə olaraq bildiririk ki, son 5 il ərzində Mingəçevir şəhərində 1 yeni məktəb binası tikilib, 3 məktəb binası isə əsaslı təmir-bərpa olunub. Hal-hazırda da 1250 şagird yerlik Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbdə əsaslı təmir-bərpa işləri aparılır və növbəti tədris ilindən adıçəkilən məktəb binasının müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı cari tədris ilində Mingəçevir şəhər N.Nərimanov adına 1 nömrəli və İ.Qayıbov adına 10 nömrəli tam orta məktəblərində cari təmir işləri aparılıb, payız-qış mövsüminin başlanılması ilə əlaqədar isə 12 təhsil müəssisəsinə yeni istilik sistemi çəkilib və təmir olunub.

Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər - Vacib açıqlama
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
Bu gün Azərbaycanda Müstəqillik Günüdür
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
İsrail səfirliyi Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Hindistan səfiri Azərbaycanı təbrik etdi
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
Qidalardakı bu maddələr ürək xəstəlikləri riskini artıra bilər
İlham Əliyev açılışda iştirak etdi
İlham Əliyev açılışda iştirak etdi
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Prezident kəndə qayıdan sakinlərlə görüşdü - FOTO
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır
Yayda edilən qidalanma səhvləri təhlükə yaradır