veten informasiya agentliyi

Kompüter (informatika) laborantı vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin vaxtı açıqlanıb

Tarix:18-03-2024, 23:13
Baxış Sayı:421

Kompüter (informatika) laborantı vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin vaxtı açıqlanıb


Kompüter (informatika) laborantı vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin vaxtı açıqlanıb
- - - - -
Martın 14-də Mərkəzi Aran Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan kompüter (informatika) laborantı vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.
Qeyd edək ki, adıçəkilən vəzifəyə işə qəbul müsabiqəsinin sənəd qəbulu prosesində iştirak edən 94 namizədin sənədləri yoxlanılmış, müvafiq vəzifənin tutulması tələb və şərtlərini ödəyən 34 nəfər namizəd test imtahanı mərhələsində iştirak etmək hüququ qazanıb.
Test imtahanı mərhələsi Mingəçevir şəhər R.Qəhrəmanov adına 14 nömrəli tam orta məktəbdə (ünvan: Mingəçevir şəhəri A.Məmmədov küçəsi 3a) təşkil olunacaq.
İmtahan saat 11:00-da başlayacaq və kompüter üsulu ilə təşkil olunacaq. İmtahanda iştirak edəcək namizədlərin imtahan keçiriləcək mərkəzə 1 saat əvvəl gəlmələri xahiş olunur.
İmtahanda namizədlərə məntiqi təfəkkürün yoxlanılması üzrə 5, ümumi dünyagörüşünün yoxlanılması üzrə 10, müvafiq vəzifə üzrə 15 sual olmaqla, ümumilikdə 30 test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt veriləcək.
Namizədlər imtahan gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.
Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək namizədlərə qeydiyyatdan keçdikləri əlaqə nömrələri vasitəsilə məlumat bildirilib.
Bundan əlavə olaraq qeyd edirik ki, növbəti vaxtlarda müsahibə mərhələsi barədə məlumat bildiriləcək.
Həmçinin namizədlər aşağıdakı linkə keçid etməklə test imtahanının yaddaş kitabçası və ədəbiyyat siyahısı ilə tanış ola bilərlər:
Yaddaş kitabçası: https://ref.az/34SFi4G
Ədəbiyyat siyahısı: https://ref.az/2mk248s
Test imtahanı mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!
#MərkəziAranRTİ #MərkəziAranRTİEduAz #ÜmumiTəhsil #Müsabiqə

İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək
Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək
Sabahın havası - 39 dərəcə isti olacaq
Sabahın havası - 39 dərəcə isti olacaq
Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Görünməmiş hadisə: Süni intellekt nəzarətdən çıxdı, nəhəng şirkətə kiberhücum başlatdı
Görünməmiş hadisə: Süni intellekt nəzarətdən çıxdı, nəhəng şirkətə kiberhücum başlatdı
18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi
İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi
“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın