veten informasiya agentliyi

“Güləş” idman zalında 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir

Tarix:6-03-2024, 15:37
Baxış Sayı:393

“Güləş” idman zalında 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir
“Güləş” idman zalında 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir
“Güləş” idman zalında 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir


28 fevral 2024-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə 5 mart-Bədən Tərbiyəsi və İdman Günü” ilə bağlı “İdman Həftəsi”çərçivəsində UGİM-nin “Güləş” idman zalında 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında rayon birinciliyi keçirilmişdir.

Yarışın keçirilməsində əsas məqsəd sərbəst güləş idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, yeni tədris ilində təlim-məşq proseslərinin təkmilləşdirilməsi, 2024-cü ildə zona və respublika miqyaslı yarışlarda yeniyetmə idmançıların müəyyən olunmasıdır.

Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına uyğun keçirilən yarışda məşqçi-müəllimlər İnqilab Şiraliyev, Pəhlivan Balaqardaşov, Valeh Etibarov və Faiq Şirəliyevin 2 yaş qrupu üzrə 54 yetirməsi iştirak edib. Müxtəlif çəki dərəcələrində Kuryayev Ömər, Rəhimli Natiq, Üzeyirov Turan, Şirinov Əli, Novruzov Rəsul, Cəbrayıllı Nihat, Baxşıyev Məhəmmədəli, Abdullayev Rövşən, Məmmədov Rahil və Bayımlı Nofəl qalib gələrək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.

#gənclərvəidmannazirliyi #birkimibirlikdə #AZEsport

70 üstəgəl bir... Ömür düsturuna yeni bir il əlavə olundu
70 üstəgəl bir...  Ömür düsturuna yeni bir il əlavə olundu
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!
Ukrayna Rusiyaya 1198 dronla hücum etdi - Ölənlər var
Ukrayna Rusiyaya 1198 dronla hücum etdi - Ölənlər var
Bakıda kütləvi dava: Bıçaqlananlar var
Bakıda kütləvi dava: Bıçaqlananlar var
Ermənistanda həbsdə xarici vətəndaşlar: 135 iranlı, 9 türkiyəli...
Ermənistanda həbsdə xarici vətəndaşlar: 135 iranlı, 9 türkiyəli...
Neftin qiyməti yenidən qalxdı
Neftin qiyməti yenidən qalxdı
Narkotik təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu
Narkotik təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu
Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?
Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?