DİN-in Mətbuat xidmətindən verilən məlumata görə,
- Fevralın 13-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 233, o cümlədən borclu şəxs qismində axtarışda olan 202 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.