veten informasiya agentliyi

Səhiyyə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsini təşkil edib

Tarix:5-02-2024, 15:59
Baxış Sayı:333

Səhiyyə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsini təşkil edib

“İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” proqramı Azərbaycan Respublikasının əsas prioritetləri sırasındadır. Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı aksiyalara və müxtəlif istiqamətlərdə tibbi müayinələrin keçirilməsinə başlayıb. Bu tədbirlərin başlıca məqsədi işğaldan azad olunan ərazilərə köçürülən əhali arasında fiziki aktivliyin təbliği, eyni zamanda vətəndaşların sağlamlığının daha da gücləndirilməsinə əlavə tövhə verməkdən ibarətdir.

Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən keçirilən ilk belə tədbir fevralın 5-də işğaldan azad olunan Füzuli şəhərində baş tutub. Nazirlik tərəfindən təşkil olunan tədbir çərçivəsində Füzuli rayonunun işğaldan azad olunan ərazilərində yaşayan uşaqların kompleks tibbi müayinələri aparılıb.

Tibbi müayinə aksiyası uşaqların sağlamlıq vəziyyətinin müəyyən edilməsi və qiymətləndirilməsi, xəstəliklərin səbəblərinin erkən aşkar edilməsi, aradan qaldırılması və profilaktik tədbirlərin hazırlanması məqsədilə keçirilib.

Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrları, uşaq cərrahı, kardioloq, nevroloq və oftalmoloq, o cümlədən funksional diaqnostika mütəxəssisləri (USM və Exokardioqrafiya üzrə mütəxəssislər) tərəfindən kiçik və böyük yaş qrupuna aid olan uşaqların müayinəsini aparıblar. Eyni zamanda, yerində tibbi məsləhətlər verilib, profilaktik baxışlar keçirilib və müvafiq müalicə təyin edilib.

Tədbir zamanı 150-dən çox uşaq həkimlər tərəfindən ümumi müayinədən, həmçinin ultrasəs və exokardioqrafiya müayinələrindən keçib. Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrinin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Səhiyyə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsini təşkil edib
Səhiyyə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsini təşkil edib
Səhiyyə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsini təşkil edib
Səhiyyə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsini təşkil edib
Səhiyyə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsini təşkil edib
Səhiyyə Nazirliyi işğaldan azad olunan Füzuli şəhərində uşaqların kompleks tibbi müayinəsini təşkil edib

İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır

Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək

Sabahın havası - 39 dərəcə isti olacaq
Sabahın havası - 39 dərəcə isti olacaq
Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi

Görünməmiş hadisə: Süni intellekt nəzarətdən çıxdı, nəhəng şirkətə kiberhücum başlatdı

18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi

“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın