veten informasiya agentliyi

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir

Tarix:3-02-2024, 12:29
Baxış Sayı:186

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər narkotiklərə görə məhkum olunmuş Alxan Ağarəhimov saxlanılıb.
Onun əlində olan torbaya keçirilən baxış zamanı 1 ədəd atəşə yararlı "AKS-74" markalı avtomat, həmin silaha aid daraq və 29 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində rayon sakinləri tərəfindən bir ədəd avtomat, 200-ə yaxın patron, 9 ədəd UZRQM partladıcısı, eləcə də 2-si yivli olmaqla 7 ədəd odlu silah könüllü olaraq polis şöbəsinə təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək
Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək
Sabahın havası - 39 dərəcə isti olacaq
Sabahın havası - 39 dərəcə isti olacaq
Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Görünməmiş hadisə: Süni intellekt nəzarətdən çıxdı, nəhəng şirkətə kiberhücum başlatdı
Görünməmiş hadisə: Süni intellekt nəzarətdən çıxdı, nəhəng şirkətə kiberhücum başlatdı
18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi
İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi
“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın