veten informasiya agentliyi

"Vəkilova" adlı sənədli film çəkilib

Tarix:31-01-2024, 21:26
Baxış Sayı:405

"Vəkilova" adlı sənədli film çəkilib
"Vəkilova" adlı sənədli film çəkilib
"Vəkilova" adlı sənədli film çəkilib
"Vəkilova" adlı sənədli film çəkilib
"Vəkilova" adlı sənədli film çəkilib
"Vəkilova" adlı sənədli film çəkilib
"Vəkilova" adlı sənədli film çəkilib
"Vəkilova" adlı sənədli film çəkilib
"Vəkilova" adlı sənədli film çəkilib


Görkəmli balerina, pedaqoq, SSRİ Xalq artisti, professor Leyla Vəkilovanın (1927-1999) ömür və sənət yoluna həsr olunmuş "Vəkilova" adlı sənədli film çəkilib.
Yanvarın 29-da Nizami Kino Mərkəzində ekran əsərinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) məsul əməkdaşları, kino xadimləri, digər qonaqlar iştirak ediblər.
ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu rəqs sənətimizin görkəmli nümayəndəsi haqqında filmin əhəmiyyətindən danışıb. O digər sənət fədailəri haqqında da filmlərin lentə alınacağını diqqətə çatdırıb.
Filmin ssenari müəllifi, rejissoru və montajçısı, Əməkdar artist Samir Səmədov, ekran əsərinin prodüseri isə Gülnarə Lütfəliqızıdır.
İki ay ərzində ərsəyə gələn ekran işi Azərbaycan dilindən savayı ingilis və rus dillərində də səsləndirilib. Filmdə Leyla Vəkilovaya aid arxiv materiallarından istifadə olunub.
Xatırladaq ki, Leyla Vəkilova 1927-ci il Bakıda anadan olub. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet truppasının aparıcı solisti kimi çalışıb, eyni zamanda Azərbaycan Dövlət Rəqs Ansamblına rəhbərlik edib. Həmçinin Bakı Xoreoqrafiya Məktəbinin (indiki BXA) bədii rəhbəri olub.
L.Vəkilova müxtəlif illərdə A.Adamın “Jizel”, R.Qlierin “Qırmızı lalə”, P.Çaykovskinin “Sonalar gölü”, “Yatmış gözəl”, “Şelkunçik”, L.Minkusun “Don Kixot”, A.Kreynin “Laurensiya”, B.Zeydmanın “Qızıl açar”, B.Asafyevin “Bağçasaray fontanı”, Ə.Bədəlbəylinin “Qız qalası”, Q.Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla”, S.Hacıbəyovun “Gülşən” və digər baletlərdə yaddaqalan obrazlar yaradıb.
Azərbaycan baletinin ulduzlarından olan sənətkar 1999-cu il fevralın 20-də Bakıda vəfat edib.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir