veten informasiya agentliyi

Sabunçuda əməliyyat zamanı silahlı şəxslər saxlanılıblar

Tarix:16-01-2024, 14:24
Baxış Sayı:307

Sabunçuda əməliyyat zamanı silahlı şəxslər saxlanılıblar

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.

Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində keçirilən tədbir zamanı isə əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramin Alxasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron aşkar olunub. R.Yusifov və R.Alxasov silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə özlərində saxladıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir.

Həmçinin İdarə əməkdaşları tərəfindən aparılan profilaktik tədbir zamanı Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı müvafiq sənədləri olmayan ov tüfəngini polisə təhvil verib.

16 yanvar 2024-cü il

İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək
Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək
Sabahın havası - 39 dərəcə isti olacaq
Sabahın havası - 39 dərəcə isti olacaq
Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Görünməmiş hadisə: Süni intellekt nəzarətdən çıxdı, nəhəng şirkətə kiberhücum başlatdı
Görünməmiş hadisə: Süni intellekt nəzarətdən çıxdı, nəhəng şirkətə kiberhücum başlatdı
18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi
İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi
“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın