veten informasiya agentliyi

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb

Tarix:16-01-2024, 14:22
Baxış Sayı:195


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitə olan marixuananın qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Şəmsi Səfərov saxlanılıb. Şöbədə onun üzərində müvafiq qaydada aparılan axtarış zamanı əlindəki polietelin torbadan 4 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Bununla yanaşı keçirilən digər bir tədbirlə qanunsuz olaraq silah-sursat əldə edərək saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Cavadov da saxlanılaraq şöbəyə gətirilib. Ondan 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus 1 ədəd daraq və 5 ədəd patron aṣkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır
Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək
Prokuror qərarı ilə psixiatriya müayinəsi aparıla biləcək
Sabahın havası - 39 dərəcə isti olacaq
Sabahın havası - 39 dərəcə isti olacaq
Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Görünməmiş hadisə: Süni intellekt nəzarətdən çıxdı, nəhəng şirkətə kiberhücum başlatdı
Görünməmiş hadisə: Süni intellekt nəzarətdən çıxdı, nəhəng şirkətə kiberhücum başlatdı
18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
18 yaşlı oğlanın cəsədi sudan çıxarıldı
İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi
İlham Əliyev mopedlərlə bağlı bəzi dövlət rüsumlarını təsdiqlədi
“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın