![]()
Həbulla Ağayev- 100
Ruhun şad olsun!..
Alovlardan keçmiş cəsur insan
1-ci qrup Vətən müharibəsi əlili, Şəhid atası Həbulla kişinin ömür yoluna qısa səyahət...
Faşizmlə müharibənin dəhşətlərini taleyində yaşamış mərd azərbaycanlı övladlarından biri də İsmayıllı rayonunun Hacıhətəmli kəndində yaşayan Həbulla Ağayevdir. 1942-ci ildə 18 yaşında böyük qardaşı Həmid kimi o da cəbhəyə yollandı. Vuruşmaq, şücaət göstərmək eşqi ilə müharibəyə yollanan Həbulla yüz minlərlə həmvətəni kimi faşistləri Azərbaycan torpağına buraxmamağı, ana-bacılarımızın namusunu qorumagı özünə borc bilirdi.
Onu qanlı-qadalı davaya yola salarkən doğma anası mərdliyinə, qeyrətinə və zəhmliliyinə görə bütün kənd camaatının dilində ″ikinci hökümət″,“ikinci Stalin” adlandırılan Nazlı ananın dediyi sözləri, öyüd-nəsihətləri, xeyir-duaları onu daha da qorxmaz eləmişdi.
İlk döyüşə Şimali Qafqazdan başlayan Həbullanın döyüş yolu Rusiya, Ukrayna, Belorusiya, Moldaviya, Rumıniya, Bolqarıstan, Yuqoslaviya və Macarıstan cəbhələrində davam elədi. Pulemyotçu kimi o, 50 kq yükü piyada vuruşa-vuruşa min kilometrlərlə məsafəni cəsarətlə dəf edib. Bunun nə demək olduğunu cəbhəyə bələd olan kəslər yaxşı bilirlər. Dnepri keçəndən sonra sağ qolundan yaralanır və Ukrayna kəndlərində, elə samanın üstündə, hərb paltarında da müalicə olunur və cəbhəyə qayıdır. Elə vaxtlar olub ki, 20 gün çörək nə olduğunu bilməyiblər. Çətin anlarında cəbhə yoldaşlarından daha yaşlı və təcrübəli Ziyad Hacıyev ( Gədəbəy ) onların köməyinə gəlir. Ac qaldığı anlarda ölməməkçün güllələnmiş atların ətini yeməyi öyrədib onlara, dayaq olub cavanlara.
Müharibədə əsaslı dönüşdən sonra Sovet Ordusunun güclü hücumları başladı. Marşal Tolbuxinin komandanlığı altında 3-cü Ukrayna cəbhəsində vuruşan H.Ağayev pulemyotçu kimi mərdliklə vuruşur, hər gün 50-70 km, hətta bir gecəyə 80 km yol gedirdilər vuruşa-vuruşa, irəliləyirdilər. Qəhrəmanlıqla Vətən bildikləri Sovet torpağını faşistlərdən təmizlədikdən sonra Avropa xalqlarının da″cəhrayı vəba″dan xilas olunmasında iştirak etdilər.
1944-cü ilin dekabrında Budapeşt uğrunda gedən döyüşlərdə ağır yaralanaraq müalicə üçün Yuqoslaviyanın Subbotisa şəhərinə göndərilir. Düz 3 ay orada müalicə edilir. Sağaldıqdan sonra bir müddət Bolqarıstanda Sovet qoşunları tərkibində xidmət edib və yalnız 1946-cı ildə evə dönən 22 yaşlı Həbullaya 45-50 yaş verirdilər, bu idi müharibənin ağır izlərini öz taleyində daşımaq, müharibənin insana bəxş etdiyi “sürpriz”...
Qəhrəmanlığına görə çox mükafatlar alıb Həbulla kişi. Ukrayna cəbhəsində Dnepri keçərkən göstərdiyi şücaətə görə 1-ci “Qızıl Ulduz”, Yuqoslaviyanın azad olunmasında xidmətlərinə görə 2-ci dəfə “Qırmızı Ulduz” ordeninə layiq görülür. Əgər 3-cü dəfə bu ordenə layiq görülsəydi Sovet İttifaqı Qəhrəmanı adına layiq görüləcəkdi. Təəsüf ki, Budapeşt ətrafında ağır yaralanması onu döyüş yolunu davam etdirməkdən və layiq olduğu yüksək fəxri adı almaq imkanından məhrum etdi, halbuki bu ada tam layiq idi. Və sonrakı taleyilə Həbulla Ağayev əsl Qəhrəman olduğunu sübut etdi. Cəbhədə layiq görüldüyü 11 medal da qəhrəmanlığının bir ifadəsidir.
Müharibədən sonra doğma kəndində təsərrüfatda çalışan Həbulla kişi həmişə zəhmətsevərliyi, yorulmazlığıyla seçilib öncül olub, böyük hörmət sahibi olub, nəinki kəndin, bütün rayonun samballı şəxslərindən-ağsaqqallarından olub. Dəyərli məsləhətləriylə, sözünün ötkəmliyi və urvatıyla çox müşkül məsələlərin həllinə nail olub, üz tutduğu bütün idarə və ünvanlarda Həbullanın necə tələbkar və haqq-ədalət tərəfdarı olduğunu bildiklərindən, onun hər bir müraciətinə diqqətlə yanaşırdılar. Kəndin bir çox problemlərinin yuxarı orqanlar qarşısında qaldırılmasına və həllinə nail olub.
Azərbaycan torpağında mənfur ermənilərin başladığı xəyanətkar savaş müharibə od-alov və əzabları görmüş H.Ağayevin də ailəsindən də yan keçmədi. 18 yaşlı oğlu Ayaz Qarabağ savaşına yollandı, mərdliklə vuruşdu, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Abdurəhmanlı kəndi uğrunda gedən döyüşlərdə yaralanaraq itkin düşür- sonralar məlum olur ki, ermənilərə əsir düşür. 20 ildən çoxdur ki, Həbulla kişi, ömür-gün yoldaşı Elmira ana böyük intizarla Ayazın yolunu gözləyirlər. Bu illər ərzində çox ünvanlara üz tutub. Çox qapıları döyüb oğlundan soraq almaq məqsədilə. Bir çox beynəlxalq təşkilatların nümayəndələri onunla əlaqə saxlayıb əsir övladıyla bağlı məşğul olduqlarını bildiriblər- hələ ki, bir nəticə yoxdur bu günə qədər. Bu gün 96 yaşlı Həbulla kişi faşistlərlə ağır savaşdan salamat çıxardığı ürəyində Qarabağ savaşının da ağır nisgilli yarasını daşıyır, naməlum əsgər taleyinin yarasını. Qanunlara müvafiq olaraq Ayaz Ağayevə “Şəhid” statusu verilsə də, ailənin ümidləri hələ tükənməyib. Gözləri yollarda qalıb, bir gün Ayazın evə dönəcəyini gözləyirlər... İnanırıq ki, erməni əsirliyində olduğu bildirilən Ayaz doğma yurda dönəcək.. və ata-ananın yarasına məlhəm qoyacaqdır. Ən böyük arzusu Qarabağın azad olunması xəbərini eşitməkdir, axı o qalib əsgər taleyinin yaşadığından onun müqəddəsliyini gözəl anlayır.. Hər an özünü döyüşçü hesab edir. Aprel döyüşləri başlayan kimi o sevincindən silah götürüb cəbhəyə yollanmaq istəyirdi, təəssüf ki, səhhəti və yaşı imkan vermirdi, ürək isə dözmürdü, döyüşə can atırdı. Möhtərəm prezidentə müraciət edərək Azərbaycan əsgərləri və Ali Baş Komandan ilə birgə olduğunuvə ilk addım olaraq öz əlil və şəhid atası pensiyasını ordu fonduna köçürdüyünü bildirdi. Bu müraciət əksər saytlarda yayıldı və rekord bəyənmə qazandı. Bəli- əsas silah insanın qeyrətidir..
Həbulla kişi böyük ailə sahibidir, tez-tez nəvə-nəticələri başına toplaşıb müharibədən, kemiş zəmanələrdən söhbət açmasını xahiş edirlər. Təbii ki, zəngin və məşəqqətli tale sahibinin söhbətlərinə heç kim biganə qala bilmir.
Ən böyük arzusu Qarabağın azad olunması xəbərini eşitməkdir, axı o qalib əsgər taleyinin yaşadığından onun müqəddəsliyini gözəl anlayır.. Hər an özünü döyüşçü hesab edir. Aprel döyüşləri başlayan kimi o sevincindən silah götürüb cəbhəyə yollanmaq istəyirdi, təəssüf ki, səhhəti və yaşı imkan vermirdi, ürək isə dözmürdü, döyüşə can atırdı. Möhtərəm prezidentə müraciət edərək Azərbaycan əsgərləri və Ali Baş Komandan ilə birgə olduğunuvə ilk addım olaraq öz əlil və şəhid atası pensiyasını ordu fonduna köçürdüyünü bildirdi. Bu müraciət əksər saytlarda yayıldı və rekord bəyənmə qazandı. Bəli- əsas silah insanın qeyrətidir..
98 il yaşadı Qəhrəman əmim. Ayazın yolunu gözləyərək. Qarabağ azad olunandan ən çox sevinənlərdən oldu.. Ayazın qisası alındı artıq. Qarabağ Azərbaycandır!
Xeyrulla Ağayev![]()
![]()
![]()
