veten informasiya agentliyi

Zalsburq şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb

Tarix:15-09-2023, 16:09
Baxış Sayı:393

Avstriyanın Zalsburq şəhərində Azərbaycan əsilli rəssam Ayna Hüseynovanın “Hisslərin rəngləri” adlı fərdi rəsm sərgisi açılıb.

“Motsartplats” şəhər qalereyasında baş tutan sərgidə rəssamın yağlı boya ilə çəkilmiş 40-a yaxın əsəri nümayiş etdirilib. Onların arasında “Azərbaycan rəqqasları”, “Səadət”, “Ayna” və başqa sənət əsərləri olub.

Sərginin açılış mərasimində iştirak edən Azərbaycan icmasının üzvləri bu mədəni hadisə münasibətlə soydaşımızı təbrik edblər. 13 sentyabr tarixində açılan sərgi oktyabrın 31-dək davam edəcək.

Yerli mediaya müsahibəsində rəssam bildirib ki, yaradıcılığının əsas məqsədi şəxsi hissləri kölgə və işığın oyunu ilə birləşdirib, jestlər, mimikalar və rənglər vasitəsilə kətan üzərində ifadə etməkdir.

Qeyd edək ki, Ayna Hüseynova 28 dekabr 1985-ci ildə Bakıda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin məzunudur. 2002-ci ildən Zalsburq şəhərində yaşayır. 2011-ci ildə Zalsburq Media-Dizayn Akademiyasını bitirib. Media mütəxəssisi kimi çalışsa da, evindəki emalatxanasında rəsm əsərləri yaratmaqda davam edir. İnsanlarla bağlı mövzularda, xüsusilə də portret rəngkarlığında çalışmağa üstünlük verir. Qadın rəsmlərini öz güclü tərəflərindən biri adlandıran rəssam, əsasən, yağlı boyalarla işləyir, amma eskizlər üçün karandaşdan da istifadə edir.

İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...

İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi

Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir

Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var

Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia