veten informasiya agentliyi

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmli Hacıqabulda vətəndaşları qəbul edəcək

Tarix:15-09-2023, 08:39
Baxış Sayı:406

Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmli Hacıqabulda vətəndaşları qəbul edəcək
Sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsini icra edən Cəfər Məhərrəmli sentyabrın 19-də, saat 10:00-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-544-74-94) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia