veten informasiya agentliyi

Kanadalı parlamentar Azərbaycana gəlib

Tarix:13-09-2023, 11:01
Baxış Sayı:387

Kanadalı parlamentar Azərbaycana gəlib
Kanadalı parlamentar Azərbaycana gəlib
Kanadalı parlamentar Azərbaycana gəlib
Kanadalı parlamentar Azərbaycana gəlib
Kanadalı parlamentar Azərbaycana gəlib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Azərbaycana səfər edən Kanada nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüşdə Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya, Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyeva iştirak ediblər.
Qonaqları Azərbaycanda salamlamaqdan məmnunluq duyduğunu vurğulayan Komitə sədri dövlətimizin diaspor siyasəti, həyata keçirilən fəaliyyət istiqamətləri barədə ətraflı danışıb. Kanadada yaşayan soydaşlarımızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyata sıx inteqrasiyasını yüksək qiymətləndirib. Ontario və Kanada parlamentarları ilə Azərbaycan icması arasında əməkdaşlıq əlaqələrinin qurulmasında Çandra Arya kimi deputatların böyük rol oynadığını nəzərə çatdırıb. Torontodakı Azərbaycan Evini ziyarət etdiyi üçün Çandra Aryaya ayrıca təşəkkürünü bildirib.
Səmimi qəbul üçün minnətdarlıqlarını bildirən qonaqlar Komitənin fəaliyyətini müsbət qiymətləndiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Qonaqlar eyni zamanda Diaspor TV və Diaspor FM-in fəaliyyəti ilə də tanış olublar.
Qeyd edək ki, bu səfər Diasporla İş üzrə Dövlət Komitəsinin beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması layihəsi çərçivəsində gerçəkləşdirilib.
Xatırladaq ki, 2022-ci ildə 28 May – Müstəqillik Günü münasibətilə Kanadanın Ontario vilayətinin Hamilton şəhər meriyasının binası üzərində, 9 Noyabr – Dövlət Bayrağı Günü və 2023-cü ildə 28 May – Müstəqillik Günü münasibətilə Ontario Qanunvericilik Məclisinin (Legislative Assembly of Ontario) önündə Azərbaycanın üçrəngli bayrağının qaldırılması mərasimləri keçirilib. Bundan başqa, cari ilin iyun ayında Kanada parlamentində “Azərbaycan İrsi Günü” baş tutub.

İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İnsultun 3 əsas əlaməti - Vaxtı yadda saxlayın ki...
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
İstanbulda 300 iş yeri və 200 avtomobilə ziyan dəydi
Pezeşkian İrəvandadır
Pezeşkian İrəvandadır
Mətbuat Şurasının IX qurultayı keçirilir
Mətbuat Şurasının IX qurultayı keçirilir
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Kürdəmirdə 2 yük maşını toqquşdu: Ölən var
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Paşinyanın Başkəndi 4 kəndlə dəyişdirmək istəyi: Hiyləgər planın DETALLARI
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia
Ukraynada tərəflər Zelenski olmadan razılığa gələcəklər - Trampdan sensasion iddia