veten informasiya agentliyi

Oslo meri Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbində olub

Tarix:13-09-2023, 10:44
Baxış Sayı:452

Oslo şəhər meri Marianna Borqen yeni dərs ilinin başlanması münasibətilə Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbini ziyarət edib.
Görüşdə məktəbin müəllim-şagird heyəti, valideynlər və Norveçdəki Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Azərbaycan dili dərsini maraqla dinləyən mer gələcək nəsillərin cəmiyyətin əsas aparıcı qüvvəsi olduğunu, şagirdlərin ana dilinin və mədəniyyətinin öyrənməsinin vacibliyini vurğulayıb, məktəblilərlə səmimi söhbət edib və onların suallarını cavablandırıb.
Məktəbin müəllimləri şəhər merinin diqqətini məktəbin Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıdığına cəlb ediblər. Qüdrətli söz ustadının “Azərbaycan poeziyasının günəşi” adlandırıldığı, Azərbaycanın və dünyanın bir çox şair və yazıçılarının Nizaminin yaradıcılığından bəhrələndiyi bildirilib.
Sonra məktəb şagirdlərinin ifasında Azərbaycan və Norveç dillərində şeirlər, mahnılar səsləndirilib. Uşaqlar skripka və violonçel musiqi alətlərində də ifa məharətlərini göstəriblər.
Şagirdlərin yaradıcılığa meyli merdə böyük maraq doğurub və o, şagirdlərlə Azərbaycan ədəbiyyatı barədə fikir mübadiləsi aparıb.
Sonra mer şagirdlərin valideynləri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatorluğunun və Oslodakı Azərbaycan icmasının üzvləri ilə toplantı keçirib. İcmanı maraqlandıran məsələlər və mövzular ətrafında səmimi müzakirələr aparılıb.
Dəvətə görə partiyadaşı, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveçdəki koordinatoru Ramil Əliyevə təşəkkür edən mer bu görüşdən məmnun qaldığını bildirib və müzakirə olunan məsələlər haqqında araşdırma aparacağına söz verib.
Yekunda məktəb şagirdləri tərəfindən merə Azərbaycan, Nizami Gəncəvi və məktəbin iki dəfə qonağı olmuş əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun həyat və yaradıcılığı barədə ingilis və norveç dillərində bukletlər təqdim edilib.
Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Bu gün UFC Fight Night Baku keçiriləcək
Bu gün UFC Fight Night Baku keçiriləcək
Bakıya leysan və dolu yağacaq - Əhaliyə xəbərdarlıq

Bu ölkə azanı qadağan etməyə hazırlaşır
Bu ölkə azanı qadağan etməyə hazırlaşır
Bu avadanlıqların ölkəyə idxalı zamanı güzəştlər tətbiq edilə bilər

Rusiyanın “şüşədəki canı” vuruldu - Putin Bakıya müraciət edəcək?

Bakıda dəhşət: boğazı kəsilən oğlan otelə gələrək kömək istədi

NATO-da Azərbaycan Silahlı Qüvvələr Günü qeyd edildi

İranda Aşura mərasimində silahlı insident baş verdi