![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Bir qrup müəllim üçün sertifikasiya imtahanı keçirilir
- - - - -
Avqustun 31-də dövlət ümumi təhsil müəssisələrində çalışan bir qrup təhsilverənlər üçün sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi keçirilir.
Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə keçirilən sertifikatlaşdırmada Mingəçevir şəhərində 4 imtahan mərkəzində (Mingəçevir şəhər R.Muradov adına Texniki Humanitar lisey, Mingəçevir şəhər R.Mirabov adına 7 nömrəli tam orta məktəb, Mingəçevir şəhər N.Ahəngari adına 13 nömrəli tam orta məktəb, Mingəçevir şəhər R.Qəhrəmanov adına 14 nömrəli tam orta məktəb) təşkil olunur.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və struktur bölmə rəhbərləri imtahanın gedişatını izləyir.
Qeyd edək ki, bu gün keçirilən sertifikatlaşdırma imtahanında pedaqoji stajı 3 il olan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər, həmçinin sertifikasiyada könüllü şəkildə iştirak etmək istəyən yaşı 60 və daha çox olan təhsilverənlər iştirak edir. Ümumilikdə Mərkəzi Aran RTİ üzrə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 34 nəfər ibtidai sinif müəllimi və 42 nəfər Azərbaycan dili və ədəbiyyatı müəllimi dəvət olunub.
Test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar.