![]()
![]()
![]()
![]()
Məktəb direktorları üçün maarifləndirici təlimlərə start verilib
- - - - -
Avqustun 31-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları üçün maarifləndirici təlimlərə start verilib.
Microsoft Teams platforması vasitəsilə onlayn keçirilən təlimin ilk mövzusu “İstedadlı şagirdlərlə işin təşkili”nə həsr olunub. Təlimdə çıxış edən Mingəçevir şəhəri üzrə təhsil sektorunun müdiri Sevinc Həsənova istedadlı şagirdlərin aşağı siniflərdən müəyyən edilməsi və həmin şagirdlərlə işin təşkilinə, onların potensial imkanlarının daha da inkişaf etdirilməsinə dair məqamlara toxunub. O bildirib ki, uşaqların vaxtında aşkarlanması, dəstəklənməsi və inkişafının təmin edilməsi əsas hədəflərimizdən biridir.
Sonda görüş iştirakçılarının təklifləri dinlənilib, müvafiq istiqamətdə sualları cavablandırılıb.
Qeyd edək ki, məktəb direktorları üçün maarifləndirici təlimlərin mütəmmadi olaraq keçirilməsi nəzərdə tutulur.