![]()
![]()
![]()
![]()
![]()
22 avqust 2023-cü il tarixdə İsmayıllı rayon Kürdmaşı kəndində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin (DŞRGİİ) Kiçik və Orta Biznesin İnkişaf Agentliyi-KOBİA İsmayıllı KOB dostunun birgə təşkilatçılığı ilə gənclərlə “Gənc Sahibkarlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Əsas məqsədi İsmayıllı rayonunda gənclər arasında sahibkarlıq imkanlarının artırılması, gənclər tərəfindən startapların dəstəklənməsi, onların maraqlarının müdafiə olunması və yerində dəstəyin təmin olunması olan maarifləndirici görüşdə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları, İsmayıllı KOB dostu, Kürdmaşı kənd ictimaiyyəti və gəncləri iştirak ediblər.
Tədbirdə çıxışçılar qeyd edərək bildiriblər ki, Azərbaycanda 90-cı illərin ortalarından başlayaraq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirilən islahatlarla planlı iqtisadi modeldən liberal bazar iqtisadiyyatına keçid təmin edilib, dünyada ən yüksək inkişaf templəri ilə sənaye, xidmət və kənd təsərrüfatı sahələrində real irəliləyişə nail olunub. Ulu öndərdən sonra bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır.
Tədbir qarşılıqlı diskusiya şəklində davam etdirilib, İsmayıllı KOB dostu tərəfindən gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.