veten informasiya agentliyi

Masallıda oğurluq faktlarına görə 3 nəfər saxlanılıb

Tarix:15-08-2023, 15:52
Baxış Sayı:326

Masallıda oğurluq faktlarına görə 3 nəfər saxlanılıb


Masallıda oğurluq faktlarına görə 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən məktəb, ferma və əkin sahələri olmaqla ümumilikdə 4 yerdən dəmir boruları oğurlayan rayon sakinləri Qafar Qəhrəmanlı, Həsənağa Əliyev və Neftçala rayon sakini Ülvü Bədəlov saxlanılıblar. Məlum olub ki, həmin şəxslər ümumilikdə zərərçəkmiş şəxslərə 6400 manatdan artıq maddi ziyan vurublar.
İlkin araşdırma zamanı həmin şəxslərin müxtəlif vaxtlarda oğurladıqları dəmir boruları metal qəbulu məntəqələrinə satdıqları və əldə olunan gəliri öz aralarında böldükləri müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, həmin şəxslər barəsində Masallı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda saxlanılan şəxslərin digər analoji cinayət əməllərinin ifşa olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qızılın qiyməti yenidən yüksəldi
Qızılın qiyməti yenidən yüksəldi
1 740,7 hektar ərazi minalardan təmizlənib
1 740,7 hektar ərazi minalardan təmizlənib
B kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlərə xəbərdarlıq
B kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlərə xəbərdarlıq
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı
İnsanlar bir-birlərini xaosa necə sürükləyirlər? - Alimlər sübut etdi
İnsanlar bir-birlərini xaosa necə sürükləyirlər? - Alimlər sübut etdi
Ələt-Astara yolunda qəza: Xəsarət alanlar var
Ələt-Astara yolunda qəza: Xəsarət alanlar var
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
Laçında 1 ton 200 kq çətənə kolu məhv edildi
Laçında 1 ton 200 kq çətənə kolu məhv edildi