veten informasiya agentliyi

Mədəniyyət Nazirliyində Rasim Balayevlə görüş keçirilib

Tarix:9-08-2023, 20:06
Baxış Sayı:412

Mədəniyyət Nazirliyində Rasim Balayevlə görüş keçirilib
Mədəniyyət Nazirliyində Rasim Balayevlə görüş keçirilib
Mədəniyyət Nazirliyində Rasim Balayevlə görüş keçirilib



Avqustun 8-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Rasim Balayevin anadan olmasının 75 illiyi tamam oldu.

Onun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymtləndirilib. Prezident İlham Əliyevin 7 avqust 2023-cü il tarixli sərəncamı ilə sənətkarın “İstiqlal” ordeni ilə təltif edilməsi də bu diqqət və qayğının daha bir nümunəsidir.

Xalq artisti Rasim Balayevin anadan olmasının 75 illiyi münasibətlə bu gün Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib. Nazir Adil Kərimli Rasim Balayevi təbrik edib, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb, sənətkara nazirliyin Fəxri diplomunu təqdim edib.

Aktyorun Azərbaycan kinematoqrafiyasının inkişafına töhfələrini yüksək qiymətləndirən nazir onun çoxsaylı filmlərdə canlandırdığı yaddaqalan obrazlarla tamaşaçıların dərin sevgisini qazandığını diqqətə çatdırıb. Qeyd olunub ki, Rasim Balayevin çəkildiyi ekran əsərləri milli kinomuzun “qızıl fondu”nu təşkil edir.

Rasim Balayev yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını ifadə edib, bundan sonra da kino sənətinin inkişafına töhfə verməyə çalışacağını deyib.

Sonda xatirə şəkli çəkdirilib.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir